Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-11-27
Bakı şəhər prokurorluğunun MƏLUMATI

Noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə «Bakı Ağ Şəhər Bulvarı» ərazisində özünü dənizə atmışdır.

Həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılmışdır.

Hazırda İlahə Avcının səhhəti normaldır.

Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır.