Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2017-11-24
Avropa Şurasının saytında Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri barədə məlumat verilmişdir.

Avropa Şurasının rəsmi veb saytında Azərbaycan Respublikasında cari ilin oktyabr ayında korrupsiyaya qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər barədə icmal məlumat verilmişdir.

Tədbirlər sırasında yerli və beynəlxalq tədbirlər, habelə sahibkarlıq sahəsində qanunvericiliyə son dəyişikliklər qeyd edilmişdir.

Belə ki, cari ilin 25-27 oktyabr tarixlərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin növbəti 8-ci görüşünün keçrilməsi barədə ətraflı məlumat verilmişdir.

Tədbirdə korrupsiya cinayətlərinin istintaqı, o cümlədən, cinayət nəticəsində əldə olunmuş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi kimi məsələlərin müzakirə olunduğu və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təşkil olunduğu icmalda qeyd edilmişdir.

Bundan başqa, icmalda cari ilin 9-11 oktyabr tarixlərində Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP), Avropa Şurasının və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə kibercinayətkarlıq mövzusunda regional konfrans keçirilməsi öz əksini tapmışdır. Tədbirin açılışında salamlama nitqi ilə çıxış edən Baş prokurorun müavini- Baş İdarənin rəisi Kamran Əliyev tərəfindən ölkəmizdə bütün növ cinayətlərə, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaiti və digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, korrupsiya və kibercinayətkarlığa qarşı mübarizədə ciddi səylərin olduğunun qeyd olunması icmalda xüsusilə vurğulanmışdır.

İcmalda cari ilin 9 və 10 oktyabr tarixlərində Gəncə şəhərində “Dövlət qulluğunda etika” və “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə” mövzularında iki pilot təlim tədbirinin keçirilməsi də öz əksini tapmışdır. Avropa Şurası ilə birgə keçirilən “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində keçirilmiş tədbirlərin, dövlət qulluğunda korrupsiyanın qarşısının alınması və etik dəyərlərin təbliğ etməsi üçün faydalı alət olmaqla Azərbaycan Hökuməti tərəfindən korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda dürüstlüyün təmin olunması istiqamətində görülən tədbirlərin bir tərkib hissəsinin olduğu qeyd edilmişdir.

Bundan əlavə, icmalda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2017-ci il 31 oktyabr tarixli Qanuna əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci ilə qədər uzadılması barədə məlumat verilmişdir.

 

Link: www.coe.int/en/web/corruption/anti-corruption-digest/azerbaijan